Yuxarı

“Məni dinləyin!” monotamaşası nümayiş olundu - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məni dinləyin!” monotamaşası nümayiş olundu - Foto

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə 2 aprel - Ümumdünya Autizm və Məlumatlandırma gününə həsr olunan tədbir keçirilib.

Kult.az xəbər verir ki, kollecin direktoru, professor Nasim Abışov tədbiri açıb, daha sonra Milli Məclisin deputatı Hicran Hüseynova, şair Baba Vəziroğlu çıxış edib.

Çıxışların ardınca “Məni dinləyin” adlı monotamaşa nümayiş olunub. Bu səhnə əsərinin tərtibatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Dünya yuxutək əriyir!” şeirlər toplusundan istifadə olunub. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Fərid Bağırovdur.

Tədbirdə deputatlar Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, Elman Nəsirov, Pərvanə Vəliyeva, Günay Ağamalı, Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Ağsaqqallar Şurası sədrinin müavini, “Vətənpərvərlər” ictimai birliyinin həmtəsisçisi, müharibə veteranı Çingiz Bayramov, “Vətənpərvərlər” ictimai birliyinin sədri xanım Aynur İsayeva və digər şəxslər iştirak edib.

Tarix
2026.04.02 / 22:11
Müəllif
Kult.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla