Yuxarı

“Çətir universitet” modeli: Ən yeni ixtisaslar Azərbaycanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çətir universitet” modeli: Ən yeni ixtisaslar Azərbaycanda

2024-cü ildə fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Universitetin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.

Axar.az xəbər verir ki, TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev iki illik fəaliyyəti dəyərləndirib:

- Universitet yaradılarkən niyə məhz bu 3 ixtisas seçildi?

- Burada 3 ixtisas üzrə məzun yetişdirilir və bu ixtisaslar Türkiyənin ən prestijli universitetlərinin proqramları əsasında tədris olunur. Hər 3 universitetin bütün xüsusiyyətləri araşdırıldı və Azərbaycan sənayesinin, iqtisadiyyatının tələbat duyduğu ixtisaslar seçildi. Belə qərara gəlindi ki, Orta Doğu Texniki Universitetində (ODTÜ) tədris olunan kompüter mühəndisliyi ixtisasının proqramı Azərbaycanda da tətbiq edilsə, yeni bir trend formalaşdırılmış olar. TAU-da kompüter mühəndisliyi ODTÜ-nün proqramı əsasında tədris olunur.

Daha sonra sənaye mühəndisliyi dünyada ən vacib və sənayenin inkişafı üçün çox əhəmiyyətli bir ixtisasdır. Bu, daha çox İT əsaslı və data üzərində qurulan bir sahədir. İstanbul Texniki Universitetində (İTÜ) bu ixtisası data üzərində qurulub və iş dünyasının tələblərinə cavab verir.

Üçüncü aparıcı ixtisas qida mühəndisliyidir. Bu isə Hacəttəpə Universitetinin tədris proqramına uyğun aparılır. Hacəttəpə biotibbi texnologiyaların olduğu və qabaqcıl texnologiyaların tətbiq olunduğu bir yerdir. Burada qida mühəndisliyi ixtisası çox güclü proqrama və müasir laboratoriya sisteminə əsasən tədris olunur. Azərbaycanda isə qida mühəndislərinə çox böyük ehtiyac var. Bu baxımdan qida üzrə ixtisasların qurulması çox əhəmiyyətlidir. Hazırda universitetimizdə ixtisasa uyğun yeni laboratoriyalar yaradılıb, bu, işin 15-20 faizi deməkdir və davamlı işlər görüləcək.

- TAU-da tələbələr ixtisas dərslərindən öncə kursa bir il Hazırlıq qrupları üzrə təməl ingiliscə dərsləri (Foundation) keçirlər. Tələbələr bu mərhələni necə keçirlər,?

- İlk olaraq, ODTÜ-nün ingilis dili mütəxəssisləri tərəfindən tələbələrin qiymətləndirilməsi aparılır və onların dil bilikləri yoxlanılır ki, hazır vəziyyətdə olanlar 1 il vaxt itirməsin.

Hazırda TAU-da 174 tələbədən 80-i hazırlıq mərhələsindədir. Onların hazırlıq balları 70-in üzərindədir. Bu, çox böyük göstəricidir. Çünki ODTÜ-nün hazırlığı kifayət qədər ciddidir. Bir məsələni də qeyd edim ki, burada oxuyan tələbələrin müvəffəqiyyət göstəriciləri Türkiyədəki analoji universitetdə təhsil alan tələbələrdən yüksəkdir. Çünki biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik.

- Hazırda 174 tələbəniz var. Universitetə tələbə qəbulunda yerlərin artırılması gözlənilirmi?

- Kompüter mühəndisliyi ixtisası üzrə əvvəlki plan yerimiz 30 nəfər idi. 2025/2026-cı tədris ili üzrə daha 30 nəfərlik plan yeri artırıldı. Beləliklə, qəbul sayı 60 oldu. Digər ixtisaslar üzrə isə hələ də 30 yerdir. Gələcəkdə kompüter mühəndisliyi üzrə magistr və növbəti ildə daha yüksək göstəricilər gözləyirik. Digər ixtisaslarımız üzrə də ballar Azərbaycanda mövcud keçid balından daha yüksəkdir. Buradakı tələbələr çox qabiliyyətlidirlər. Bizim 4 nəfər tələbəmiz artıq universitetdə çalışır. Bundan sonra da ən çalışqan tələbələri gələcəkdə işlə təmin edəcəyik. Tələbələrimiz yarışlara qatılırlar və "Texnofest"ə hazırlaşırlar.

- Universitet gələcəkdə magistr təhsili verə bilərmi?

- Yaxın vaxtlarda magistratura səviyyəsi üzrə tədrisin təşkili planlaşdırılır. Doktorantura səviyyəsi üzrə plan yerlərinin açılması üçün isə layihə təklifi hazırlanıb və təqdim olunub.

- Universitetdə dərs deyən müəllimlər arasında azərbaycanlılar varmı?

- Azərbaycandan olan iki ingilis dili müəllimi işə götürülüb. Tədricən baza fənləri üzrə də azərbaycanlı müəllimlər tədrisə cəlb olunacaqlar. Burada Türkiyədən gələn müəllimlərlə yanaşı, Pakistandan olan müəllimlər də var.

Tarix
2026.04.03 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla