Yuxarı

Evi soydu, sonra yandırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evi soydu, sonra yandırdı - Foto

Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb.

Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı İsmayıl Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da müəyyən edilərək saxlanılıblar. Onlardan psoxotrop tərkibli metadon həbləri də aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Tarix
2026.01.17 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qərar ölkəmizin daxili məsələsidir – Partiyadan bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla