Yuxarı

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə suverenliyini və azadlığını bütün dünyaya bir daha bəyan edən qardaş və dost ölkəmizin Müstəqilliyin Bərpası Günü mübarək olsun.

Axar.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı yazılı bəyanatında bildirib.

“Bu əlamətdar günün 35-ci ildönümünü ən səmimi duyğularımla təbrik edirəm. Qardaş və dost Azərbaycanın Müstəqilliyin Bərpası Günü bir dövlətin yalnız yenidən doğuluşu deyil, eyni zamanda əsarəti qəbul etməyən və ona boyun əyməyən bir millətin nəcib duruşunun ifadəsidir. Azərbaycan 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində qazandığı Qarabağ Zəfəri ilə milli müstəqilliyinə yeni məna və güc qazandırıb.

“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri bizim dost və qardaş ölkəmizə qarşı duyğularımızın konkret ifadəsidir. Böyük bir sivilizasiyanın beşiyində yerləşən Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” anlayışı ilə bütün çətinliklərə eyni düşüncələrlə sinə gərmiş və ortaq mövqe nümayiş etdirib.

Bundan sonrakı gələcəklərinə də eyni duyğu və düşüncələrlə istiqamət verəcəkləri şübhəsiz bir həqiqətdir. Bundan geridönüş olmayacaq. Azərbaycan və Türkiyə hansı mövzuda olursa-olsun, bir-birindən ayrılmaz bütövdür.

Biz eyni soydan olan bir ananın iki oğluyuq. Əzəldən dinimiz, dilimiz, sevgimiz, yolumuz, sevdamız da, mübarizəmiz də birdir.

Bu münasibətlə qardaş və dostlarımızın Müstəqilliyin Bərpası Gününü bir daha təbrik edir, hər birinə salam və sevgilərimi çatdırıram”, - deyə Baxçalı qeyd edib.

Tarix
2026.10.17 / 20:38
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla