Yuxarı

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan vahid ingilis dili biliyi testi — ETOTS (Türk Dövlətləri üçün İngilis Dili Testi) yaratmaq barədə razılığa gəliblər.

Axar.az “Minval”a istinadla xəbər verir ki, müvafiq memorandum beş ölkənin milli test mərkəzləri tərəfindən Astanada keçirilən "Sürətlə Dəyişən Dünyada Qəbul İmtahanları" beynəlxalq konfransında imzalanıb.

Yeni sistem iştirakçı ölkələrdə imtahan suallarının hazırlanması, testlərin keçirilməsi, biliklərin qiymətləndirilməsi və nəticələrin tanınması üçün vahid yanaşmalar təmin edir.

Təşəbbüs təhlükəsiz kompüter əsaslı testlərin təşkilini, suallar üzrə psixometrik keyfiyyət yoxlamalarının aparılmasını və imtahan nəticələrinin qarşılıqlı tanınması mexanizmlərinin hazırlanmasını nəzərdə tutur.

Qazaxıstan Milli Test Mərkəzinin direktoru Nursəid Baycanovun qeyd etdiyi kimi, ETOTS türk dövlətlərinin təhsil sistemləri arasında etimadı gücləndirmək və akademik mobillik imkanlarını genişləndirmək istiqamətində mühüm addım olacaq.

Yeni imtahan mövcud beynəlxalq ingilis dili testlərini əvəz etməyəcək, əksinə, dil biliyinin qiymətləndirilməsi üçün əlavə regional vasitə kimi xidmət edəcək.

Memorandum digər türk dövlətlərinin milli qiymətləndirmə təşkilatlarının da qoşulması üçün açıqdır.

Tarix
2026.10.18 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla