Yuxarı

“Qarabağ”a şans: Almanlar Bakıya baş məşqçisiz gələ bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”a şans: Almanlar Bakıya baş məşqçisiz gələ bilər

Çempionlar Liqasında Ağdamın “Qarabağ” klubu ilə kritik matçında “Ayntraxt Frankfurt”un baş məşqçisi Dino Toppmöllerin komandaya rəhbərlik edib-etməyəcəyi sual altındadır. Almaniya Bundesliqasında mövsümün ikinci yarısına “Werder Bremen”lə səfər oyununda bərabərliklə (3:3) başlayan “Frankfurt” rəhbərliyi narazılığını gizlətməyib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Markus Kröşe oyundan sonra açıqlamasında Toppmöllerə tam dəstək verməkdən çəkindiklərini bildirib.

“Biz indi vəziyyəti müzakirə edirik. Belə çıxışları bir daha görməməliyik”, - o qeyd edib.

Onun sözlərinə görə, komanda uzun müddətdir eyni səhvləri təkrar edir, asan qollar buraxır və topa sahib olanda oyun strukturunu qorumaqda çətinlik çəkir. Klub baş məşqçi ilə yolları ayırmağı düşünür.

Toppmöllerin səfərə qatılmaması ehtimalı isə “Qarabağ” üçün böyük şans kimi qiymətləndirilir. Almanların baş məşqçisiz gələcəyi halda Azərbaycan klubu taktiki üstünlüyü əldən vermədən, daha cəsarətli oyun sərgiləyə bilər. Bundesliqada son yeddi oyunda yalnız bir qələbə qazanan “Frankfurt” üçün Avropa səhnəsində bu, vacib sınaq olacaq.

Toppmöller də vəziyyətin ciddiliyini etiraf edib: “Bütün hisslərimdən asılı deyil, nəticə vacibdir. Hamımız narazıyıq”.

Komandanın müdafiə problemləri də davam edir – ilin ilk üç oyununda 9 qol buraxılıb.

İndi diqqət "Qarabağ" matçındadır. Almanlar Bakıya baş məşqçisiz gəlsələr, bu, ev sahibi komanda üçün qələbə və xal şansını artıran mühüm faktor ola bilər. “Frankfurt” rəhbərliyi və məşqçi heyəti vəziyyəti müzakirə edir. Qərarlar isə yaxın günlərdə dəqiqləşəcək.

Tarix
2026.01.17 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla