Yuxarı

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə – Köndələn su anbarında start verilib.

Axar.az xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ildən etibarən Suqovuşan, Köndələn və Sərsəngdə təşkil olunan avarçəkmə yarışlarının əhəmiyyətindən danışıb, idmana və idmançılara göstərilən dövlət qayğısını vurğulayıb. Nazir idmançıları növbəti idman bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Yarışlar öncəsi Köndələn su anbarında əjdaha qayıqları və kayaklarda idmançıların nümunəvi çıxışları nümayiş etdirilib. Daha sonra müxtəlif yaş qrupları üzrə yarışlara start verilib.

Milli komandamızın üzvləri Füzulidə keçirilən ilk yarış günündə 4 medal qazanıblar.

2008–2009-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə finiş xəttini birinci, Nuran Rəhimli isə ikinci keçib. Beləliklə, Azərbaycan komandasının aktivinə ilk qızıl və gümüş medallar yazılıb.

2010–2011-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Elmir Tarverdiyev üçüncü yeri tutub. Daha bir idmançımız Hüseyn Səmədli isə 2008–2009-cu il təvəllüdlülər arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

Tədbir Füzuliyə köçən sakinlər və ətraf rayonlardan gələn idman həvəskarları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışı sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Tarix
2026.09.30 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla