Yuxarı

“Düşmən”in zirehli texnikası məhv edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Düşmən”in zirehli texnikası məhv edildi - Video

Azərbaycanda təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, plana uyğun olaraq, şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqəsində döyüş, şərti terrorçuların mövqelərinə basqın və obyektin düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə şərti düşmənin zirehli texnikasının məhv edilməsi fəaliyətləri yerinə yetirilib.

Basqın zamanı hərbi qulluqçular döyüş helikopterlərinin, zirehli texnikanın və artilleriya vasitələrinin atəş dəstəyi ilə tapşırıqları yerinə yetirib, eləcə də qarşılıqlı fəaliyyət və koordinasiya üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.

Tapşırıqların icrası iştirakçı ölkələrin hərbi qulluqçularının yüksək peşəkarlığı sayəsində uğurla yekunlaşıb.

Qeyd edək ki, təlimdə əsas məqsəd hərbi qulluqçuların praktiki vərdişlərinin artırılması, silah və texnikanın şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması, həmçinin verilən tapşırıqları çevik və koordinasiyalı şəkildə icra etmək imkanlarının genişləndirilməsidir.

Tarix
2026.09.30 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla