Yuxarı

Filarmoniya fəaliyyətini dayandırıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Filarmoniya fəaliyyətini dayandırıb?

Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasında sonuncu əsaslı təmir işləri 2002-ci ildə həyata keçirilib. Həmin vaxtdan uzun müddət keçdiyi üçün binada gələcəkdə müvafiq əsaslı təmir işlərinin aparılması zərurəti istisna edilmir.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Filarmoniyanın fəaliyyətinin dayandırılması və binanın əsaslı təmirə bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Filarmoniya öz fəaliyyətini adi qaydada davam etdirir.

"Binanın daxilində yaranmış ayrı-ayrı texniki nasazlıqların aradan qaldırılması məqsədilə cari təmir və bərpa işləri həyata keçirilir. Görülən işlər Filarmoniyanın fəaliyyətinə, eləcə də nəzərdə tutulan konsert və tədbirlərin keçirilməsinə maneə yaratmır.

Qeyd edək ki, Filarmoniyanın 2026–2027-ci illəri əhatə edən konsert proqramı formalaşdırılıb və tədbirlər təsdiq olunmuş plana uyğun şəkildə davam etdirilir", - məlumatda qeyd olunub.

Tarix
2026.09.30 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla