Yuxarı

Sabir Rüstəmxanlı Güney Komissiyasının iclasını keçirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı Güney Komissiyasının iclasını keçirdi

AYB-nin Güney Azərbaycan Komissiyasının növbəti görüşündə idarə heyətinin və komissiyanın üzvləri bir araya gəldilər.

Kult.az xəbər verir ki, görüşdə Güney Azərbaycanda baş verən son hadisələr, mövcud durum, ədəbi-bədii mühitdə gedən proseslər və milli-mədəni həyatın aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Komissiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlı, güneylii şair-jurnalist Məsud Haray, tərcüməçi Yədulla Kənani, idarə heyətinin üzvləri - araşdırmaçı Pərvanə Məmmədli, şair Həmid Herisçi çıxış edərək Güneyin bugünkü problemləri, ədəbi-mədəni mühitdə müşahidə olunan çatışmazlıqlar və gələcəkdə görülməsi vacib olan işlərlə bağlı fikirlərini bölüşdülər.

Görüşdə qarşıdakı fəaliyyət planları da müzakirə olundu. Bu il həyata keçirilən tədbirlərin davamı olaraq tanınmış milli şair Səhəndin və Güney Azərbaycanın milli fikir və elm tarixində mühüm iz qoymuş Məhəmmədtağı Zehtabinin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Güney Azərbaycanın ədəbi-mədəni həyatını, çağdaş ədəbi prosesi və yaradıcı qüvvələri əhatə edəcək ədəbi dərginin nəşrə hazırlanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş Güney Azərbaycanın milli-mədəni və ədəbi həyatına daha yaxından dəstək göstərilməsi, mövcud problemlərin diqqətdə saxlanılması və qarşıdakı fəaliyyətin daha sistemli şəkildə davam etdirilməsi ilə bağlı müzakirələrlə yekunlaşıb.

Tarix
2026.09.23 / 17:17
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla