Yuxarı

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə təşəkkür ifadə olunub, göstərilən uzunmüddətli dəstək yüksək qiymətləndirilib. Xüsusilə uşaq pediatriyası sahəsində Müqəddəs Taxt-Tacın “Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, Müqəddəs Pavel Bazilikasının və oradakı abidələrin bərpası, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Rahibə Raffaella Petrini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib. O, yaxın vaxtlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Tarix
2026.09.29 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla