Yuxarı

Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Axar.az xəbər verir ki, nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Bildirilib ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Tarix
2026.01.17 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla