Yuxarı

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli total həbslər başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda “oğru dünyası” ilə əlaqəli total həbslər başladı

Son 24 saat ərzində Gürcüstanda "oğru dünyası" ilə əlaqəsi olan 80 nəfər həbs edilib.

Axar.az xəbər verir ki, hazırda xaricdə yaşayan qanuni oğru da daxil olmaqla, iş üzrə daha 14 nəfərə qarşı ittiham irəli sürülüb.

Tiflisdə və ölkənin bölgələrində Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi genişmiqyaslı polis əməliyyatı keçirilib.

İstintaqın məlumatına görə, qanuni oğru Georgi Qoqoladzenin ətrafının üzvləri onun adından və himayəsi altında hərəkət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları iddia edirlər ki, onlar mütəmadi olaraq "oğru müzakirələri" təşkil ediblər və bu zaman maliyyə mübahisələrini “oğru ənənələri”nə uyğun həll ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər fərdlər arasında mübahisələri həll edib və müəyyən məbləğdə pul ödənilməsini tələb ediblər. İstintaqa görə, bu tələblər yerinə yetirilmədikdə və ya gecikdirildikdə, onlar fiziki zorakılıq və hətta qətllə hədələniblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin bir-biri və xaricdə olan qanuni oğru ilə ünsiyyət qurmaq üçün istifadə etdikləri kompüterlər və mobil telefonları sübut kimi müsadirə ediblər. Həmçinin odlu silah, pul və narkotik maddələr də tapılıb.

Tarix
2026.10.03 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla