Yuxarı

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Əgər müstəqil Fələstin dövləti mövcud olarsa, dəvət əsasında bölgəyə Türkiyə qoşunlarının yerləşdirilməsi məsələsi gündəmə gələcək. Türkiyə qoşunlarının mövcudluğu İsrailin cavab tədbirləri görməsinin və ya çəkindirici qüvvə tətbiq etməsinin qarşısını alacaq.

Axar.az xəbər verir ki, bunu İsraildən olan təhlükəsizlik eksperti Dan Şuftan ölkə mediasına açıqlamasında deyib.

Türkiyənin bölgədəki mövcudluğunun Təl-Əvivin siyasətinə birbaşa təsir etdiyini vurğulayan Şuftan Ankaranın mövcud mövqeyinin İsrailin Fələstin dövlətini qəbul etməkdən imtina etməsinin səbəbləri arasında mühüm rol oynadığını irəli sürdü.

“Türkiyənin Afrika regionunda çox əhəmiyyətli bir mövcudluğu var və onlar Qırmızı dənizdə də hərbi mövcudluq yaradacaq. Ərdoğan, Hakan Fidan və digər yüksək vəzifəli türk rəsmilərinin İsrail əleyhinə səsləndirdikləri bəyanatları sadəcə ritorika kimi qiymətləndirib bir kənara qoya bilmərik. Bununla belə, Türkiyə həm regional, həm də qlobal miqyasda ABŞ üçün əvəzolunmaz bir NATO müttəfiqidir”, - ekspert əlavə edib.

Tarix
2026.10.03 / 17:51
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla