Dünən Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın qurultayında çıxışı və bəzi mesajları sosial şəbəkələrin Türkiyə seqmentində ciddi rezonansa və reaksiyalara səbəb olub.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, belə reaksiyalardan birini sosial şəbəkə fəalı, “Kafkaz Sepil” adlı iğdırlı nümayiş etdirib.
O, Türkiyədəki bəzi qrupların, xüsusilə hakim partiyaya yaxın olan və “savad dəstə” adlandırdıqlarının həm ölkə daxilindəki insanları incitdiyini, həm də ölkə xaricində, türk dövlətlərinə qarşı əxlaqdankənar ifadələr işlətdiyini vurğulayıb.
Kafkaz Sepil türkiyəlilərə üz tutaraq bunları deyib:
“Azərbaycan aşağı-Azərbaycan yuxarı - qalxdınız, adamların şəhidlərinə, namuslarına qədər dil uzatdınız, “iki dövlət bir millət”i bir-birini qarşı qoymağı bacardınız... Allah sizin bəlanızı versin! Yox bir - Azərbaycanda qılıncı biz çəkdik, fəth etdik, siz savaşmadınız, sizin şəhidlər şəhid sayılmaz dediniz - dediniz-dediniz, budur, İlham Əliyev çıxdı, açıqlama verdi, “Bizim kimsəyə minnət borcumuz yoxdur, hər aldığımız silahı qəpiyinə qədər, artıqlaması ilə ödəmişik. Bahalı aldıq, amma pulunu verdik”, - dedi. Ölkənin içində tikilən körpüləri, xəstəxanaları ölkə vətəndaşlarının başına qaxırlar, ölkə xaricində də türk dövlətlərinə qarşı başqaxıncı edirlər... Bu cür danışa-danışa iki ölkə arasındakı dostluğu pozdunuz”.
O, Türkiyə Prezidenti Ərdoğana müraciət edib:
“Hörmətli prezidentim, bu axmaqlar sizə zərər verir. Bunların təhsili yoxdur, danışmağı bacarmırlar... Sizə müxalifət deyil, ətrafınızdakı bu axmaqlar qorxunc dərəcədə zərər verirlər”.