Yuxarı

ABŞ konqresmenləri Qrenlandiya üçün Danimarkada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ konqresmenləri Qrenlandiya üçün Danimarkada

Danimarkaya iki günlük səfər zamanı ABŞ Konqresinin 11 üzvü Kopenhagendə mətbuat konfransı keçirərək bəyan ediblər ki, bu səfər onlara Danimarka ilə Qrenlandiya arasında münasibətləri, həmçinin Danimarka daxilindəki vəziyyəti daha yaxşı anlamağa imkan verib.

Axar.az xəbər verir ki, nümayəndə heyəti Qrenlandiyaya dəstəyin nümayiş etdirilməsinin vacibliyini və əldə olunmuş nəticələri Amerika ictimaiyyətinə və ABŞ administrasiyasına çatdırmaq niyyətini vurğulayıb.

Demokrat Partiyasından senator Kris Kuns qeyd edib ki, səfərin məqsədi ilk növbədə məlumat əldə etmək idi. Həmçinin konqresmenlər Danimarkanın ABŞ-ın müttəfiqi kimi strateji əhəmiyyətini vurğulayıb və nümayəndə heyətində Respublikaçılar Partiyasının təmsilçilərinin olmamasının bu ölkəyə və Qrenlandiyaya respublikaçılar tərəfindən dəstəyin olmaması anlamına gəlmədiyini bildiriblər.

“250 il ərzində ABŞ-ın Danimarkanın simasında yaxın müttəfiqi var”, – deyə o bildirib.

K.Kuns əlavə edib ki, ABŞ-ın Danimarkaya hazırkı münasibəti gələcəkdə Amerikanın beynəlxalq əlaqələrinə zərər vura bilər.

Qeyd edək ki, bu gün Danimarka və Qrenlandiyada adanın öz müqəddəratını təyin etmək hüququna dəstək məqsədilə kütləvi nümayişlər keçirilib.

Tarix
2026.01.17 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla