Yuxarı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Cənubi Qafqaz hətta ən barışmaz düşmənlərin diplomatiya və ticarətin inkişafı vasitəsilə çoxillik münaqişədən münasibətlərin normallaşmasına necə keçid edə biləcəyinə dair bir nümunə oldu.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun "Telegraf" qəzeti üçün yazdığı məqaləsində deyilir.

Səfir vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Bakı və İrəvan arasında birbaşa təmasların ilk nəticələrindən biri 2023-cü ilin sonunda Ermənistanın COP29-un keçirilməsi üçün Azərbaycanın namizədliyini dəstəkləmək qərarı olub. İqlim konfransı bir il sonra Bakıda baş tutub.

Tərəflər, həmçinin sərhədin delimitasiyası qaydasını razılaşdırıb və TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump International Route for Peace and Prosperity) layihəsi çərçivəsində əməkdaşlığı müzakirə edirlər.

"Ölkələrimiz arasında iqtisadi əlaqələr hələ TRIPP üzrə danışıqlar başa çatmamışdan əvvəl fəal şəkildə inkişaf etməyə başlamışdı. Bir il əvvəl Ermənistana tranzit məhdudiyyətlərinin ləğvi barədə qərar qəbul edildi. Ermənistan üçün nəzərdə tutulan yüklər Azərbaycan ərazisindən keçməyə başladı. İki ay sonra Azərbaycan Ermənistana öz istehsalı olan benzinin ilk tədarükünü həyata keçirdi və bu ilin ortalarına qədər Azərbaycandan qonşu ölkəyə uğurla ixrac edilən neft məhsullarının həcmi on minlərlə tona çatdı", - o qeyd edib.

Onun sözlərinə görə, yeni regional tədarük zənciri Ermənistanda daxili yanacaq qiymətlərini 20-30% azaltmağa imkan verib və ölkənin elektrik enerjisi istehsalı sahəsində Çernobıl tipli yeganə sovet atom elektrik stansiyasından həddindən artıq asılılığının azalmasına kömək edir.

Tarix
2026.10.24 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla