Yuxarı

İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Kuba Respublikasının “La Revista “Universidad y Sociedad” jurnalında “Azərbaycan Cümhuriyyətinin yaradılması və İrəvanın Ermənistan Respublikasına güzəşti (1918-ci ilin siyasi-hüquqi prosesləri)” başlıqlı elmi məqaləsi dərc edilib.

Kult.az xəbər verir ki, bu barədə Zaur Əliyev özü açıqlamasında bildirib.

Müəllif məqalədə elmi faktlar, əlyazma, arxiv sənədləri və mötəbər müəlliflərə istinad edərək İrəvan şəhərinin tarixən ermənilərə heç bir aidiyyəti olmadığnı sübut etməklə yanaşı, 1918-ci ildə baş verən siyasi-hüquqi prosesləri təhlil edib.

Məqalədə İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edildiyi istinadlar və mənbələrlə göstəririlib:

“Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”.

Müəllif beynəlxalq hüququn mövcud normalarına istinad edərək faktlarla isbat edir ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb:

“İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozmuşlar”.

Qeyd edək ki, Zaur Əliyevin "Zəngəzur dəhlizi”, “İrəvan şəhərinin hüququ statusu”, “31 mart soyqırımı”, “Uydurma erməni soyqırımı” və digər başlıqlı məqalələri də beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science” və “Scopus”da qeydiyyatda olan jurnallarda dərc edilib və müəllifin bu mövzularda kitabları var.

Tarix
2025.09.05 / 17:35
Müəllif
Kult.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla