Yuxarı

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizi və ya “Tramp yolu”nun açılması ilə bağlı konkret addımları müzakirə etmək üçün gələn həftə Ermənistana səfər edəcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Past” qəzeti mənbələrə istinadla məlumat yayıb.

“Gələn həftə amerikalılar “Tramp yolu” və ya “Zəngəzur dəhlizi” kimi tanınan TRIPP layihəsini müzakirə etmək üçün İrəvana gələcək. Söhbət gələcəkdə eyni müddətə uzadılması ehtimalı ilə 99 il (ümumilikdə 198 il) müddətinə ABŞ-yə icarəyə verilən Sünikdən (Qərbi Zəngəzur) keçən yoldan gedir. Ermənistan bu marşrut üzrə Azərbaycan avtomobillərinin maneəsiz keçidini təmin etməyi öhdəsinə götürüb.

Amerikalı qonaqların kimlər olacağı hələlik məlum deyil. Sadəcə bildirilib ki, onlar ABŞ-nin müxtəlif dairələrinin nümayəndələridirlər. Ermənistana hansı dairələrin gələcəyini təxmin etmək çətindir. Qəti şəkildə iddia edilə bilən yeganə şey odur ki, müqavilənin detalları məlum deyil və heç kim bu barədə, xüsusən də dəhlizə nəzarət və icarə barədə danışmaq istəmir.

Müzakirələr qapalı formatda keçiriləcək, qonaqların da baş verənlərlə bağlı erməniləri məlumatlandırmaq vaxtı və istəyi yoxdur. Səfərin təfərrüatları və gündəliyi açıqlanmır. Sadəcə məlumdur ki, məsələ təkcə texniki deyil, həm də siyasi aspektlərə aiddir”, - nəşr qeyd edib.

“Past” hesab edir ki, veriləcək qərarlar regionda yeni logistik reallıq formalaşdıracaq: “Ermənistan yeni faktla üzləşəcək, bu, yeni reallıqdır. ABŞ faktiki olaraq, İranla bütün sərhədimizə nəzarət edəcək. Azərbaycan maşınları Sünikdən maneəsiz keçəcək, Ermənistan isə onları yoxlamayacaq”.

Nəşr Zəngəzur dəhlizinə ABŞ ilə yanaşı, Türkiyənin də nəzarət edəcəyini iddia edib:

“Paşinyanın Sünikə gətirdiyi özəl Amerika şirkətinin arxasında kimin olması xüsusilə maraqlıdır. İqtisadçılar və ekspertlər Türkiyəni Zəngəzur dəhlizinin əsas benefisiarı hesab edirlər. Çünki dəhlizin özəl Amerika şirkətinə icarəyə verilməsi təşəbbüsü də məhz Ankaradan gəlib. Beləliklə, Türkiyənin iştirakı ilə bağlı iddia tamamilə əsaslıdır”.

Tarix
2025.09.06 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla