Yuxarı

Kinoteatrlarda filmlər rusca, dublyaj yox... - ARKA-dan cavab

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kinoteatrlarda filmlər rusca, dublyaj yox... - ARKA-dan cavab

Azərbaycan dilində dublyajın olmamasının əsas səbəbləri arasında yüksək maliyyə və texniki tələblər dayanır.

Bu sözləri Kult.az-a açıqlamasında kinotənqidçi Hacı Səfərov deyib.

“Bir filmin dublyajı üçün tərcümə, səs aktyorları, dublyaj rejissoru və studiya lazımdır. Bunlar isə böyük investisiya tələb edir deyə ancaq geniş auditoriyaya xitab edən və böyük potensialı olan filmləri dublyaj edirlər. Məsələn, Azərbaycanda dublyaj olunan filmlər əsasən uşaq filmləridir, çünki uşaqların əksəriyyəti başqa dil bilmir və onların subtitr oxumağı mümkün deyil. Dünya praktikasında isə filmlər orijinal dildə, yerli dil subtitrları ilə təqdim olunur”, - kinotənqidçi əlavə edib.

Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) saytımıza bildirilib ki, Azərbaycan dilində dublyajlı filmlərin artırılması prioritet məsələlərdəndir. Agentlik xarici filmlərin doğma dildə təqdim olunmasının həm dilin qorunması, həm də kino sənayesinin inkişafı baxımından vacib olduğunu qeyd edib:

“Araşdırmalar kinoteatrlar üçün azərbaycandilli izləyici potensialının yüksək olduğunu göstərməkdədir. Yaxın gələcəkdə ölkəmizdə nümayiş olunacaq bütün filmlərin mütləq qaydada Azərbaycan dilinə dublyaj olunması ARKA-nın hədəfləri sırasındadır. İlkin mərhələlərdə bu tələbin azyaşlı izləyicilər üçün nəzərdə tutulan əsərlərə tətbiq edilməsi, bu sahədə yerli studiyaların və peşəkarların imkanlarının artırılması, texnoloji infrastrukturun gücləndirilməsi planlaşdırılır.

Azərbaycan filmlərinin digər dillərə dublyaj olunaraq beynəlxalq bazara çıxarılması da vacib hədəflərdəndir. Bu, ölkənin mədəniyyətinin tanıdılmasına və yerli kino istehsalçılarının xaricdə tanınmasına xidmət edəcək”.

Tarix
2025.09.02 / 08:30
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla