Yuxarı

Dostumuz intihar etdi: səbəbi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir dostumuz cavan yaşında passiv intiharın qurbanı olub.

Bu, artıq qarşılaşdığım neçənci belə hadisədir.

Cavan yaşda xəstəliksiz ölüm xarakterlə bağlıdır. Bəzi insanlar başlarına gələn uğursuzluqlardan əhvalatları olsun deyə özlərinə tale düzəltməyi sevirlər və bunu həyat zənn edirlər.

Həyat və tale eyni şey deyil. Tale insanın özünü qurban rolunda gördüyü həyat seçimidir.

Qurban roluna girdinsə, özünü öldürəcəksən. Çünki qurban özünü fəda etməlidir.

İnsanlıq eyni uğurları və uğursuzluqları yaşayır. Fərqli uğur və uğursuzluq deyə bir şey yoxdur.

Yəni sən heç nəyinlə tək deyilsən bu həyatda, bütün dünya sənlə doludur.

Özünü milyonlarla oxşarından ayırmaq eqoistlikdir. İntiharın 800-ə yaxın səbəbinin arasında ən birincisi eqoist intihardır. Bunu mən yox, intiharşünas Drukhaym deyir.

Milyonlarla insanın yaşadığı uğursuzluğa düçar olduqda onu şəxsiləşdirmək də eqoizmdir.

Həyatın sənin qarşına çıxardığı bütün pislikləri, murdarlıqları özünə yaraşdırmalısan. Yaraşdırmırsansa eqoistsən. Eqon bu murdarlıqdan sənə tale düzəldəcək və tale də səni qurban roluna soxacaq.

Və əlvida həyat!

Tarix
2025.06.18 / 12:57
Müəllif
Aqşin Yenisey
Digər xəbərlər

Biz kağız döyüşündə uduzmuşuq: Şuşanı isə o azad etdi!

Axmaqlar: mən bunu etsəm, Cəfəroğlu nə iş görəcək?

Siz təşəkkül yox, təvəkkülə meyillisiniz…

Yeganə yol: yaşamaq, həm də şikayət etmədən

Yunan allahı və rus alkaşı

Küləkləri ulayan şəhər

Əyalətə qəbiristanlıqdan soxulan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla