Yuxarı

Siz təşəkkül yox, təvəkkülə meyillisiniz…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ 1972-ci ildə Yaxın və Orta Şərq uzmanı Panayotis Vatikiotis "Yaxın Şərqdə inqilab və digər klinik hadisələrin tədqiqi" kitabında bölgə xalqlarını xəbərdar edirdi ki, dağarcığınızı tay yanına sürüyüb inqilab etmək fikrinə düşməyin. Sizdən inqilab edən olmaz. İnqilab edib nisbətən yaxşı olanı daha pis olanla əvəz edəcəksiniz. İnqilabi zərurət olan siyasi əxlaq sizdə yoxdur. Siz təşəkkülə deyil, təvəkkülə meyillisiniz, bu da sizdə öz gücünüzə şübhə yaradıb işinizi yarıyolda qoymağınıza gətirib çıxarır.

Hər nə qədər imperialist ağızdan deyilsə də, bu sözlərdən cəmi yeddi il sonra İran camaatı inqilab edib nisbətən yaxşı olanı daha pis olanla əvəz edərək Vatikiotisi haqlı çıxardı.

Təxminən, otuz ildən sonra isə ərəblər özlərinin milli kimliklərini unudaraq "Ərəb baharı" ilə eynisini etdilər. Nisbətən yaxşı olanı daha pis olanla əvəzlədilər. Məlum oldu ki, müəyyən siyasi əxlaqa sahib olmayan xalqların inqilabı emosional partlayışdan başqa bir şey deyil.

Vatikiotis daha sonra yazır: "Bu gün Yaxın Şərq, Afrika və Asiyanın bir çox ölkələrində siyasi qarşıdurmaların mənbəyi inqilabi ruhlu radikal hərəkatların yaratdığı milli rejimlərin ölkənin sosial, iqtisadi, siyasi problemlərini həll etmək bir yana qalsın, ümumiyyətlə, ölkəni idarə edə bilməmələridir".

Mənzərənin bizə aid təsəvvürünü oxucuların ixtiyarına buraxaraq, bu sözlərdən öz payımıza düşəni götürməyə çalışaq.

Demək ki, dövlətin, ölkənin idarə edilməsində yalnız milli emosional gücə söykənməyin sonu fəlakətdir. Siyasi məktəblər olmadan toplumun dövlətçilik üçün zəruri olan dərin siyasi əxlaqa sahib olması qeyri-mümkündür.

Ədəbiyyata bədahətən gələn əyalətçiliyin dünyəvi əsər yazmaq şansı olmadığı kimi, siyasətə də bədahətən gələn əyalətçiliyin dünyəvi dövlət yaratmaq şansı yoxdur.

Tarix
2023.07.22 / 01:54
Müəllif
Aqşin Yenisey
Digər xəbərlər

Biz kağız döyüşündə uduzmuşuq: Şuşanı isə o azad etdi!

Axmaqlar: mən bunu etsəm, Cəfəroğlu nə iş görəcək?

Yeganə yol: yaşamaq, həm də şikayət etmədən

Yunan allahı və rus alkaşı

Küləkləri ulayan şəhər

Əyalətə qəbiristanlıqdan soxulan

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla