Yuxarı

Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazirin qızı danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazirin qızı danışdı

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub.

Kult.az xəbər verir ki, məsələ ilə bağlı filmin rejissor və ssenari müəllifi, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva Modern.az-a açıqlamasında Bədii Şuranın qərarını təəssüflə qarşıladığını bildirib:

“Əlbəttə, film üzərində çalışanda birinci öz yerli auditoriyanı fikirləşirsən, öz yaxınlarını. Nəsə təzə bir şey etməyə çalışırsan ki, sonra ona baxan tamaşaçı öz rəyini bildirsin. Bu rəylər həmişə pozitiv olmaya bilər, amma yenə də nə qədər müzakirə varsa, o qədər yaxşıdır - diskussiya sənət üçün vacib prosesdir. Hamımız ondan nəsə öyrənirik. Bakı Festivalının komandası ilə də ünsiyyətdə idim, təəssüf olsun ki, lisenziyasız göstərə bilmirlər”.

O, sosial mediada tənqidlərə də cavaba verib:

“Birinci fikirlərimi özüm yazdım, çünki film ilk öncə rejissorun və prodüserlərin öhdəliyidir. Fikirləşirəm ki, sənətin hər hansı formasına Şura baxışı bizi incəsənət baxımından geri saxlayır”.

Rejissor tənqid olunan obrazla bağlı qeyd edib ki, Məhsəti Gəncəvini canlandıran Mina adlı gənc teatr aktrisasıdır:

"O, səhnədə Məhsəti rolunu oynamaq istəyir və Məhsətinin öz şeirlərindən ilhamlanır. Bu film Məhsəti Gəncəvinin həyatı haqqında sənədli film deyil. Onun şeirləri bütün toplularda var - hamı artıq kitab almadan belə internetə girib oxuya bilər. Onun o vaxta görə bu qədər cəsur və azad poeziyası məni daha azad qadın obrazı yaratmağa ilhamlandırıb. Müasir gənclər, özlərini sərbəst hiss edən, həm sənətdə, həm də həyatlarında seçimlərini özləri edən obrazlar mənə maraqlıdır. Dünya kinosunda bu heç də təzə fikir deyil — müasir çağda, müasir gənclərin ritmində yaradılmış bir filmdir. Məhsəti Gəncəvi də görün min il qabaq necə şeirlər yazıb ki, bu günə qədər hamını heyrətə gətirir”.

Suad Qarayeva onu da vurğulayıb ki, film başqa beynəlxalq festivallarda nümayiş olunacaq:

“Film artıq ABŞ-da Mammoth Lakes Film Festivalında nümayiş olunub. Bizim çox istedadlı aktrisamız Fərqanə Abdullayeva Milan “Independent Film Awards”da “Best Actress” mükafatını alıb. Fevralda film Londonda festivalda olacaq. Ondan sonrasını isə artıq filmin distribütorları, Origine Films müəyyən edəcək”.

Tarix
2025.12.04 / 23:29
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla