Yuxarı

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında görüş keçirilib.

Axar.az xəbər verir ki, Türkmənistan nümayəndə heyətinə Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə geniş məlumat verilib.

Qeyd olunub ki, ötən il limanda rekord həcmdə - 100 min TEU konteynerdən çox yük aşırılıb, bu da Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalarının nəticəsində mümkün olub.

İkitərəfli müzakirələr zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin dəmir yolları və beynəlxalq dəniz limanları arasında koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün rəqəmsal məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda, Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və Şərq-Qərb-Şərq istiqamətində yük axınının artırılması üçün görülə biləcək işlər vurğulanıb.

Tarix
2026.04.01 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla