Yuxarı

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov TDT baş katibi ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb.

Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

Görüşdə Azərbaycanın TDT-yə sədrliyi dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.

Tarix
2026.04.01 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla