Yuxarı

Məhkəmədə diz çöküb yalvardı... - Hakimin qərarı nə oldu?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmədə diz çöküb yalvardı... - Hakimin qərarı nə oldu?

2024-cü ilin avqustunda Bakının Nizami rayonu ərazisində “Mersedes” markalı sementdaşıyan yük avtomobili ilə İsa Əlizadənin idarə etdiyi motosikletlə toqquşan və gəncin ehtiyatsızlıqdan ölümünə səbəb olan Elməddin Məmmədova təyin edilən cəzada dəyişiklik olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə bir sıra maraqlı məqamlar yaşanıb.

Belə ki, E.Məmmədovun müdafiəçisi kassasiya şikayətində əvvəlki instansiya məhkəməsinin cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan son həddə yaxın ağır cəza təyin edildiyini, bu zaman məsuliyyəti yüngülləşdirən halları ümumiyyətlə nəzərə alınmadığını bildirib:

“Elməddin günahını etiraf edib, zərərçəkənin hüquqi varisindən, proseslərdə iştirak edən yaxın qohumlarından dönə-dönə üzr istəyib. Elməddin ailəsinə yeganə qazanc gətirən şəxsdir və onun himayəsində 4 azyaşlı uşağı var. Zərərçəkənin hüquqi varisi istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində bildirib ki, 70.000 manat pul versə, Elməddinlə barışmağa və onu bağışlamağa hazırdır. Zərərçəkən bu məbləği səsləndirərəkən həm özü, həm də nümayəndəsi məhkəmə qarşısında bizə birmənalı şəkildə bildirdi ki, məbləğlə bağlı fikirləri qətidir, “alver etməyin” yeri və həmin məbləğin “aşağı-yuxarısı” yoxdur”.

Vəkilin sözlərinə görə, Elməddin Məmmədov mərhumun qəbir xərclərini qarşılayıb, məhkəmə iclasında barışıq üçün diz çöküb yalvarıb:

“Günü 20 manata işləməsinə baxmayaraq, hüquqi varis barışıq üçün 70.000 AZN pul istəyir, lakin onun 15.000 AZN ödəməyə imkanı çatır”.

Müdafiəçi qeyd edilənləri nəzərə alaraq, Elməddin Məmmədovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, qanunda nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edib.

Ali Məhkəmədə kassasiya şikayətini təmin edib. Nəticədə Elməddin Məmmədovun cəzası 5 il 1 aydan 4 il 6 aya endirilib. Təqsirləndirilən şəxs cəzasını məntəqətipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə tərəfindən xüsusi olaraq vurğulanıb ki, zərərçəkmiş şəxsin hüquqi varisinin barışıqdan imtina etməsi və sonradan yüksək məbləğdə maddi tələb irəli sürməsi, məhkumun maddi imkanları ilə obyektiv surətdə uzlaşmayan şərtlər müəyyən etməsi, barışığın baş tutmamasını Elməddinin iradəsindən asılı olmayan səbəblərlə izah etməyə əsas verir. Belə olan halda, barışığın formal olaraq əldə edilməməsi məhkumun mənfi xarakteristikası kimi qiymətləndirilə və onun daha ağır rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsinə əsas verə bilməz.

Qanunvericilikdə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsini istisna edən və bunu zərərçəkmişlə barışığın məcburi qaydada əldə olunması ilə şərtləndirən norma olmadığından, məhkəmə konkret işin hallarını və məhkumun şəxsiyyətini qiymətləndirərək belə nəticəyə gəlməkdə sərbəstdir.

Qeyd edək ki, bu qərardan sonra Elməddin Məmmədovun zərərçəkənin hüquqi varisinə barışıq üçün heç bir vəsait ödəməsinə gərək qalmayıb.

Tarix
2026.04.01 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla