Yuxarı

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisinə yüksək maraq olduğunu nəzərə alaraq qeydiyyat müddəti uzadılıb.

Axar.az xəbər verir ki, müraciətlərin qəbulu üçün son tarix 10 aprel 2026-cı il olaraq müəyyən edilib.

Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi bu sərgi, dayanıqlı şəhər inkişafı üzrə innovativ yanaşmaların geniş qlobal auditoriyaya çatdırılması üçün xüsusi əhəmiyyət kəsb edən bir platforma olacaq.

WUF13-ün əsas tədbir məkanı olan Bakı Olimpiya Stadionunda 35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən iri ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təşkil olunacaq bu sərgi, adekvat mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet istiqamətlər ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas çağırışlara yönəlmiş praktik və innovativ həllərin təqdimatı nəzərdə tutulur.

Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq innovativ mənzil və şəhər həlləri üçün nəzərdə tutulmuş Startap Pavilyonu və master-klasslar və təcrübə mübadiləsi imkanları təqdim edən WUF Akademiyası kimi yeniliklər nümayiş olunacaq.

Qeyd edək ki, iştirak ərizələri onlayn şəkildə qəbul edilir. Qeydiyyat üçün “Urban Expo” səhifəsinə daxil olmaq və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür. Daha ətraflı məlumat üçün “Urban Expo” sərgisində iştirak üçün təlimat səhifəsinə keçid edə bilərsiniz.

Tarix
2026.04.01 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla