Yuxarı

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb. Hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur.

Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat təklif edib ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsin:

"Bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslarına qənaət edə bilər.

Digər mühüm məsələ isə sertifikatlaşdırmanın maaşa təsiri ilə bağlıdır. Mövcud qaydalara əsasən, imtahanda yüksək nəticə göstərən müəllimlərin maaşına əlavə olunur. Belə ki, 51 və daha çox bal toplayan müəllimlərin əmək haqqı 35%, 30–50 bal arası nəticə göstərənlərin maaşı isə 10% artırılır.

Təklif edilən dəyişikliklərə görə, qiymətləndirmə daha ədalətli və beynəlxalq təcrübəyə uyğun şəkildə qurulmalıdır. Məsələn, 80% və daha yüksək nəticə göstərən müəllimlərin əmək haqqının 35% artırılması məqsədəuyğun hesab olunur. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər.

Bu dəyişikliklərin həyata keçirilməsi minlərlə müəllimin sosial rifahının yaxşılaşmasına, onların motivasiyasının artmasına və ümumilikdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, qiymətləndirmə sisteminin daha şəffaf və ədalətli olması müəllimlər arasında rəqabəti sağlam şəkildə təşviq edər.

Bundan əlavə, minimum əmək haqqının ildə bir dəfə yenidən nəzərdən keçirilməsi də iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Bu addım əhalinin gəlirlərinin inflyasiyaya uyğunlaşdırılmasına, alıcılıq qabiliyyətinin qorunmasına və ümumi iqtisadi sabitliyin təmin olunmasına xidmət edir".

Tarix
2026.04.01 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla