Yuxarı

İran müharibəsi İraqı buna məcbur etdi: Suriya yolu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsi İraqı buna məcbur etdi: Suriya yolu...

İraq uzun müddətdən sonra ilk dəfə olaraq yanacaq məhsullarının Suriyadan keçməklə quru yolla ixracına başlayıb. Bu addım İranla müharibə fonunda ənənəvi tədarük marşrutlarında yaranan ciddi pozuntularla əlaqələndirilir.

Axar.az xəbər verir ki, İraqın Dövlət Neft Marketinq Şirkəti (SOMO) aprel-iyun ayları üzrə aylıq təxminən 650 min ton mazutun tədarükü üçün müqavilələr imzalayıb. Yüklərin uzun illər istifadə olunmayan marşrut üzrə Suriya ərazisindən daşınması nəzərdə tutulur.

Məlumata görə, ilk karvan yola salınıb. Bildirilir ki, Hörmüz boğazı üzərindən dəniz daşımalarına tətbiq olunan məhdudiyyətlər fonunda alternativ marşrutlara ehtiyac yaranıb.

Mənbələrin sözlərinə görə, Suriyada vəziyyətin nisbətən sabitləşməsi və regionda yaranmış qeyri-adi geosiyasi şərait bu marşrutu hazırda ən uyğun seçimə çevirib. Bununla belə, quru daşımalarının dəniz nəqliyyatı ilə müqayisədə daha baha başa gəldiyi qeyd olunur.

Qeyd edək ki, İraq indiyədək əsasən yanacaq ixracını Körfəz limanları, o cümlədən Xur əz-Zubeyr limanı vasitəsilə həyata keçirirdi. Son hadisələr isə ölkəni alternativ ixrac yolları axtarmağa məcbur edib.

Tarix
2026.04.02 / 01:33
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla