Yuxarı

Mirziyayev yüzlərlə insanı əfv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirziyayev yüzlərlə insanı əfv etdi

Özbəkistan Prezidenti Şövkət Mirziyayev dekabrın 8-də Konstitusiya Günü ərəfəsində 615 nəfəri əfv edib.

Axar.az xəbər verir ki, bu barədə fərman Özbəkistan liderinin saytında dərc olunub.

Qeyd olunub ki, əfv olunanlar əməllərindən ürəkdən peşman olan və islahata qətiyyətlə bağlı olan şəxslərdir.

Belə ki, 615 nəfərdən 220 nəfəri şərti azadlığa buraxılıb, 123 nəfər şərti cəzadan azad edilib, 97 məhkumun barəsində həbs qətimkan tədbiri dəyişdirilib, 175 nəfərin həbs müddəti azaldılıb.

Fərmanda deyilib ki, əfv olunanlar arasında 9-u əcnəbi, 9-u qadağan olunmuş təşkilatların üzvü olub.

Bundan başqa, fərmana uyğun olaraq əfv olunan şəxslərin öz ailələrinə və yaxın adamlarının yanına qayıtmalarına, ictimai həyata uyğunlaşmalarına, faydalı əməklə məşğul olmalarına, sağlam həyat tərzi keçirmələrinə, cəmiyyətdə layiqli yer tutmalarına köməklik göstərilməsi ilə bağlı nazirlik və qurumlara müvafiq tapşırıqlar verilib.

Tarix
2025.12.07 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla