Yuxarı

Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı

Təbrizdə “Koroğlu” tamaşasının səhnələşdirilməsi Şəhər Şurasının üzvü Həkimə Qafuri və bəzi radikal cərəyanlara mənsub şəxslərin etirazı ilə qarşılaşıb.

Kult.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Qafuri və onu dəstəkləyənlər tamaşada qadın sənətçilərin rəqs etməsi və oxumalarını qınayıb, bunu islam qaydalarına zidd olduğunu iddia ediblər.

Şəhər Şurasının üzvü Həkimə Qəfuri İslami İrşad İdarəsindən tamaşanın rejissoru Yaqub Camali Sadiqin fəaliyyət lisenziyasının ləğv edilməsini tələb edib.

Təbriz Şəhər Şurasının başçısı Qulamrza Əhmədi isə tamaşanın səhnələşdirilməsi üçün başçılıq etdiyi qurum və Təbriz bələdiyyəsinin məsuliyyət daşımadığını bildirib. O, etirazları "vətəndaşların həssas və məsələlərə məsuliyyətli yanaşması" adlandırıb, əlaqədar qurumların tamaşada baş verən "pozuntulara" görə qanuni addım atacaqlarını söyləyib.

Təbrizli rejissor Yaqub Camali Sadiq isə etiraz və iradları əsassız hesab edib, narazıların Azərbaycan mədəniyyətindən xəbərsiz olduqlarını deyib. O, Şəhər Şurasını məsuliyyət daşıdığı işlərlə məşğul olmağa çağırıb, tamaşanı müzakirə etmək əvəzinə qurumda mövcud olan korrupsiya və qanunsuz halları aradan qaldırmağı tövsiyə edib.

Qeyd edək ki, Təbrizdə səhnəyə çıxarılan “Koroğlu” tamaşasının nümayişi təbrizllərin rəğbəti ilə qarşılandığı üçün daha bir neçə gün uzaldılıb.

Biletlərin onlayn satışına başlanıldıqdan 1 gün sonra 5000 biletin satıldığı bildirilib.

Tarix
2025.12.02 / 15:56
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla