Oktyabrın 6-da casusluq və dövlətə xəyanətə cəhd şübhəsi ilə saxlanılan Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq 2009-cu ildə təqaüdə çıxdıqdan sonra Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevlə mütəmadi əlaqə saxlayırdı.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Hanninq çox güman ki, hələ 2000-ci illərdə – Patruşevin Rusiya kəşfiyyat xidmətinə rəhbərlik etdiyi dövrdə FTX ilə əlaqə saxlayırdı:
“2000-ci ildə Hanninq müharibədən zərər görmüş Qroznı və Qudermes şəhərlərinə səfər etdi. Yaşıllar Partiyası bu səfəri Rusiyaya dəstək jesti kimi, "Təhlükə Altında Olan Xalqlar Cəmiyyəti" (STP) bunu soyqırıma şərik olmaq kimi qiymətləndirdi. BND isə bu ittihamları rədd etmişdi.
Hanninq təqaüdə çıxdıqdan sonra da Patruşevlə əlaqə saxlamağa davam edib. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən qısa müddət sonra Hanninq Patruşevlə görüşərək onu mənfi nəticələr barədə xəbərdar edib. Hanningin vəkili görüşün baş tutduğunu təsdiqləyib.
2016-cı ildə Hanninq Patruşevin də olduğu təhlükəsizlik konfransında iştirak etmək üçün Moskvaya səfər etdi. Orada BND-nin keçmiş rəhbəri terrorizmlə mübarizədə, həmçinin qaçqınlar və miqrantlar məsələsinin həllində Rusiya ilə əməkdaşlığın tərəfdarı kimi çıxış etdi.
Hanning və Patruşev arasındakı üçüncü görüş 2019-cu ildə, Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən və Arktika Şurasına üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbir çərçivəsində baş tutub”.
Hanninqin vəkili nəşrə açıqlamasında bildirib ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra bu əlaqələr davam etməyib.
Lakin vəkil Hanninqin müharibədən sonra Patruşevlə danışıb-danışmaması ilə bağlı suala cavab verməyib.
Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) 1998-2005-ci illərdə rəhbəri olmuş Avqust Hanninq casusluq şübhəsi ilə saxlanılıb.
Bildiirlib ki, Avqust Hanniniq 2015–2019-cu illər arasında Rusiyaya azı yeddi dəfə səfər edib.