Yuxarı

Kim deyir ki, Məhsətinin sevgilisi olmayıb? - Şərif Ağayar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kim deyir ki, Məhsətinin sevgilisi olmayıb? - Şərif Ağayar

Sənətə bu cür yanaşmaq olmaz. Nə qədər belə yanaşacağıqsa, film çəkə bilməyəcəyik.

Bu sözləri Kult.az-a açıqlamasında yazıçı Şərif Ağayar Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməməsi barədə danışarkən deyib.

“Mütləq şəkildə yayımlanmalı idi. Bu, bədii filmdir, rejissorun yozumudur. O, elə tanıyır, elə görür. İşinə qarışanda heç bir rejissor yaxşı film çəkə bilməz.

Kim tanıyır Məhsəti Gəncəvini? Kim görüb? Kim əmindir ki, onun sevgilisi olmayıb? Bədii Şura bilir? Boş-boş danışırlar. Sadəcə biabırçılıqdır”, - o bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib. Qeyd edilib ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.

Suad Qara sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Tarix
2025.12.05 / 14:04
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla