Yuxarı

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Axar.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.

Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsinin əhəmiyyətindən bəhs edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırıb.

Bütün Qafqazın şeyxi, eyni zamanda, son vaxtlar Vatikanın informasiya agentliyi olan "Vatican News"da bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığını bildirib və bununla bağlı əsaslı dəlillər təqdim edib.

Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini bildirən Kardinal Kuvakad problemin aradan qaldırılacağını qeyd edib.

Görüş zamanı Müqəddəs Taxt-Tacla Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın perspektivləri və qarşıda duran vəzifələr də müzakirə olunub.

Tarix
2026.10.26 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla