Yuxarı

İlin ən yaxşı gənc futbolçusu bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlin ən yaxşı gənc futbolçusu bəlli oldu

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal "Qızıl top" mükafatlandırma mərasimində ən yaxşı gənc oyunçuya verilən "Kopa" titulunu qazanıb.

Axar.az xəbər verir ki, ispaniyalı vinqer bu mükafatı ardıcıl üçüncü dəfə qazanaraq futbol tarixində bir ilkə imza atıb.

Yamal geridə qalan mövsümdə "Barselona"nın heyətində keçirdiyi 45 rəsmi oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub. O, kataloniyalıların La Liqa və İspaniya Superkubokunu qazanmasında əsas pay sahiblərindən biri olub.

Gənc ulduz həmçinin İspaniya milli komandasının heyətində 2026-cı il dünya çempionatının qalibi adını qazanıb.

Mükafat uğrunda mübarizədə onunla yanaşı Pau Kubarsi ("Barselona"), Uorren Zaïr-Emeri (PSJ), Lennart Karl ("Bavariya") Ayub Buaddi ("Mançester Siti"), Kenan Yıldız ("Yuventus"), Yan Diomande ("Real Madrid") kimi gənc istedadlar yer almışdı.

Qeyd edək ki, "Kopa" mükafatı hər il mövsümün ən yaxşı 21 yaşa qədər gənc futbolçusuna təqdim olunur.

Tarix
2026.10.27 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla