Yuxarı

Bakıda torpaq sürüşməsi: hasar 3 metr aralandı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda torpaq sürüşməsi: hasar 3 metr aralandı - Video

Bakının Badamdar qəsəbəsinin 3-cü massivində torpaq sürüşməsi prosesi sürətlənib.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Belə ki, bir neçə gün əvvəl hasarlar arasındakı məsafə 15-20 santimetr olduğu halda, hazırda bu məsafə 2-3 metrə çatıb. Sürüşmə təhlükəsi səbəbindən sakinlərdən biri evini tərk etmək məcburiyyətində qalıb.

Ərazidəki bir neçə fərdi yaşayış evinin həyətində də oxşar vəziyyət müşahidə olunur. Sürüşmə zonasının aşağı hissəsində uşaq bağçası, digər yaşayış evləri və magistral yol yerləşir. Bu da ərazidə təhlükəsizliklə bağlı narahatlıqları artırır.

Qeyd edək ki, Badamdar qəsəbəsində torpaq sürüşməsi ilə bağlı 2018, 2019, 2021-ci illərdə, eləcə də 2026-cı ilin fevralında məlumatlar yayılıb.

Sakinlər ərazidəki torpaq qatının yumşaq süxurlardan ibarət olduğunu, yeraltı suların isə sürüşmə prosesinə təsir göstərə biləcəyini iddia edirlər. Onların sözlərinə görə, son günlər aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib və müvafiq tapşırıqlar veriblər.

Tarix
2026.11.15 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla