Bu institutun strukturu təsdiqləndi – 435 ştat...
16:55
| Ana səhifə Gündəm |
|
“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Məhəmməd (Muhammed) Emin Yıldırım İstanbul polisi tərəfindən saxlanılıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə media şirkəti X hesabında məlumat yayıb.
Bildirilib ki, Məhəmməd Emin Yıldırım sosial şəbəkə paylaşımları əsas gətirilərək İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb.
Media şirkəti onun vəkilinin iştirakı ilə prosesin izlənildiyini bildirib.
Qeyd edək ki, Məhəmməd Emin Yıldırım Xarici İşlər Nazirliyinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyi Türkiyənin 31 vətəndaşından biridir.
|
Tarix
2026.10.27 / 01:10
|
Müəllif
Axar.az
|