Yuxarı

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət, eləcə də nüvə silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnamə qabardılıb.

Axar.az xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov bəyanatla çıxış edərək silahsızlanmanın BMT-nin yarandığı gündən etibarən təşkilatın əsas prioritetlərindən biri olaraq qaldığını vurğulayıb.

"Bunu Baş Assambleyanın 1946-cı ilin yanvarında qəbul edilmiş və atom enerjisinə nəzarət, eləcə də atom silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnaməsi də təsdiq edir. Son səkkiz onillik ərzində çoxtərəfli silahsızlanma səyləri beynəlxalq sülh və təhlükəsizlik üçün risklərin azaldılmasına yönəlmiş mühüm beynəlxalq sazişlərin və mexanizmlərin hazırlanmasına töhfə verib", - o bildirib və əlavə edib ki, bununla belə, artan geosiyasi gərginliklər, dövlətlər arasında davam edən fikir ayrılıqları və qarşılıqlı etimadın azalması çoxtərəfli silahsızlanma forumlarında irəliləyişə mane olur və mahiyyət etibarilə vacib məsələlər üzrə konsensusa nail olmağı getdikcə çətinləşdirir.

O xatırladıb ki, Silahsızlanma Komissiyası (UNDC) beynəlxalq silahsızlanma arxitekturasının mühüm tərkib hissəsi olaraq qalır:

"Komissiya Baş Assambleyaya tövsiyələr hazırlamaq məqsədilə silahsızlanma sahəsində əsas çağırışların ətraflı və məzmunlu müzakirəsi üçün xüsusi platforma rolunu oynayır. Təəssüf ki, Komissiya 2026-cı ildə keçirilən əsas sessiyasının gündəliyini qəbul edə bilməyib və nəticə etibarilə 2024–2026-cı illəri əhatə edən fəaliyyət dövrünü Baş Assambleyaya məzmunlu tövsiyələr təqdim etmədən başa vurub.

Ümid edirik ki, komissiyanın gələcək sessiyalarında konstruktiv və inklüziv müzakirələr vasitəsilə bu səylər davam etdiriləcək və qarşıda duran məsələlər üzrə praktiki tövsiyələrin hazırlanmasına nail olunacaq".

Tarix
2026.10.26 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla