Yuxarı

Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazirin qızı kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazirin qızı kimdir?

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın adı ətrafında qalmaqal yaranıb. Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura rejissori və ssenari müəllifi Suad Qarayeva olan “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub.

Məlum olub ki, filmdə 12-ci əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilib. Ekran əsərində Məhsəti Gəncəvi dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Suad Qarayeva bildirib ki, film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir.

Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub.

Lakin Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura hesab edib ki, bu filmdə etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Bu səbəblə də Bakıda onun nümayişinə qadağa qoyulub.

Kult.az Modern.az-a istinadla xəbər verir ki, Suad Qarayeva Əbülfəs Qarayevin yeganə övladıdır.

O, Londonun Ali İqtisadiyyat Məktəbinin fəlsəfə və dövlət siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsi almaqla incəsənət aləminə qədəm basıb.

Hazırda Londonda yaşayan S.Qarayeva bu şəhərdəki məşhur "Sotheby's" Hərrac Evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə də kurator direktorudur.

Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva-Maleki soyadını qəbul edib.

Onu da bildirək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə, eləcə də Rusiyada Əbülfəs Qarayevin ailə üzvlərinə, o cümlədən Suad Qayarevaya məxsus şirkətlər fəaliyyət göstərir.

Tarix
2025.12.04 / 16:45
Müəllif
Kult.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla