Yuxarı

Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu - Foto

Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının yaradıcılıq hesabatı keçirilib.

Kult.az xəbər verir ki, tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov açıb:

“Biz Bakıdakı 190 nömrəli məktəbdə birgə oxumuşuq. Kamal Abdullanın ilk pyeslərindən biri “Casus” məhz bu səhnədə nümayiş edildi. Kifayət qədər gözəl pyes idi. Həmin tamaşadan sonra da Kamal Abdulla yazdı, yaratdı, sevildi. Sonralar onun Akademik Milli Dram Teatrının səhnəsində “Bir, iki, bizimki” tamaşası nümayiş edilmişdi. Bu yaxınlarda Kamal Abdullaya həsr edilmiş tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həmin pyesi oynadılar və mən bu pyesin fəlsəfəsini, düşüncəsini, mistikasını yenidən fikirləşdim”.

Daha sonra Mədəniyyət Nazirliyinin Kamal Abdullaya ünvanladığı təbrik məktubu səsləndirilib.

Dünya Azərbaycan Alimlər Birliyinin sədri Məsud Əfəndiyev qeyd edib ki, Kamal Abdulla böyük yazıçı olmaqla yanaşı, həm də böyük alim, elm xadimidir: “Bu yaxınlarında onun dünyanın ən nüfuzlu nəşriyyatlarından birində ingilis dilində görkəmli alim Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı çap olunub. Buna görə də ona böyük təbrik düşür”.

Professor, teatrşünas Məryəm Əlizadə bildirib ki, Kamal Abdulla təkcə dilçiliyin yox, ümumilikdə humanitar sahənin nəhəng simasıdır: “Kamal Abdullanı oxuyanda görürəm ki, mən bu dili tam bilmirəm. O, Azərbaycan dilinin potensialını üzə çıxarır, dilin çox dərin qatlarına nüfuz edir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında bir dönüş oldu. O, milli ədəbiyyatımıza postmodernizmi gətirdi”.

Xalq artisti Nurəddin Mehdixanlı Kamal Abdullanın müəllifi olduğu şeiri səsləndirib.

Müğənnilər Zabitə Əliyeva və İlkin Dövlətovun ifasında sözləri Kamal Abdullaya, musiqisi Aygün Səmədzadəyə məxsus olan “Gizlətmək çətin” mahnısı səsləndirilib.

Daha sonra Xalq yazıçısının eyniadlı romanı əsasında səhnləşdirilən, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Sehrbazlar dərəsi” tamaşası nümayiş edilib.

Tarix
2025.12.06 / 13:54
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla