Yuxarı

Floradan Eltona sərt cavab: Tör-töküntülərim... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Floradan Eltona sərt cavab: Tör-töküntülərim... - Video

Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularını, ruhunu, yaşını, durumunu hesaba qatmadan, nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki, edirsiniz və edəcəksiniz də!

Kult.az xəbər verir ki, bunu xalq artisti Flora Kərimova əməkdar artist Elton Hüseynəliyevin "Öz aramızda" verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.

O, Eltonu "düşünmədən danışmaq"da ittiham edib:

"Sənətim barədə danışmağa tör-töküntülərimlə sənətkar olub, sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. SƏNƏTimi müzakirə etməyə isə, sizin dilinizlə deyim, Elton, o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxilsiz” oxuduğum mahnının birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda HAQQınız çatar! Elton, “elə demək istəməmişdim” deyəcəksiniz, mənəvi gücünüz çatacaqsa, üzr də istəyəcəksiniz, ya da heç istəməyəcəksiniz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb, yenə "oğlum" deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz. Və bir də, oğul, Allah qismət etsin, gəlib bir həddə çatacaqsız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir, onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkəbbürünüzü sındırıb, bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə, o vaxt ayıq başınızla tək MƏNi deyil, HƏYATI DA BAŞA DÜŞƏCƏKSİNİZ. Öpürəm, oğul".

Tarix
2025.12.03 / 20:44
Müəllif
Kult.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla