Yuxarı

İsrail qəfil müharibəyə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail qəfil müharibəyə hazırlaşır

İsrail ordusunun (ÇAXAL) Baş Qərargah rəisi Eyal Zamir bu gün Qəzza zolağına səfər edərək ərazidəki operativ vəziyyəti yerindəcə qiymətləndirib.

Axar.az Musavat.com-a istinadən məlumatına görə, o bildirib ki, atəşkəsə baxmayaraq, bütün cəbhələrdə təhlükələrin qarşısının alınması və aradan qaldırılması istiqamətində işlər davam edir.

“Biz bütün cəbhələrdə hazır olmalı, döyüş hazırlığını və ayıqlığımızı operativ qaydalara uyğun şəkildə qoruyub saxlamalıyıq. İsrail ordusu qəfil müharibə ssenarisinə hazırlaşır”, — Eyal Zamir vurğulayıb.

O, həmçinin qeyd edib ki, HƏMAS-ın bərpa olunmasına imkan verilməyəcək:

“Biz sektorun əhəmiyyətli hissələrinə nəzarət edirik və əsas xətləri əlimizdə saxlayırıq. Sarı xətt yeni sərhəd xəttidir: yaşayış məntəqələri üçün ön müdafiə xətti və eyni zamanda hücum xəttidir”.

Tarix
2025.12.08 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla