Yuxarı

Dubaydakı ən bahalı evi o aldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubaydakı ən bahalı evi o aldı - Foto

Dubayda satılan ən bahalı mənzili türkiyəli iş adamı Uğur Akkuşun aldığı ortaya çıxıb.

Axar.az Axşam.az-a istinadən xəbər verir ki, “Palm Jumeirah” adasında inşa edilən ultra lüks penthaus üçün o, 130 milyon dollar ödəyib.

Bununla Birləşmiş Ərəb Əmirliklərinin dəbdəbə və zənginlik simvolu sayılan Dubayda daşınmaz əmlak bazarı tarixi satışa şahidlik edib. Təxminən 5 ay öncə bir türk iş adamına satıldığı açıqlanan, lakin adı gizli saxlanılan bu rekord satışın detalları artıq məlum olub.

ABŞ-da yaşayan iş adamı Uğur Akkuşun bu alış-verişi təkcə Dubay deyil, həm də türk iş dünyası üçün rekord göstərici hesab olunur. 130-136 milyon dollar (təxminən 4,5 milyard türk lirəsi) aralığında satıldığı bildirilən bu penthaus “bir türk vətəndaşının xaricdə birdəfəlik etdiyi ən böyük daşınmaz əmlak yatırımı” kimi tarixə düşüb.

Mülk memarlığı və təqdim etdiyi imkanlarla da diqqət çəkib. 2027-ci ilin üçüncü rübündə tamamlanması planlaşdırılan layihə dəniz dalğası və dəniz qabığı formasından ilham alınaraq dizayn edilib. 71 mərtəbəli göydələnin zirvəsində yerləşən ev 5 yataq otağından, şəxsi terras, açıq havada hovuz və “Palm Jumeirah”, "Burc əl-Ərəb” mənzərəsinə sahibdir.

Qeyd edək ki, Uğur Akkuş türkiyəli model Ebru Şallı ilə ailəli olub. Onlar qalmaqallı şəkildə ayrılıb.

Tarix
2025.12.07 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla