Yuxarı

Yeni mükafat: qalibə 50 min manat veriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni mükafat: qalibə 50 min manat veriləcək

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.

Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.

Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək.

Qeyd edək ki, yeni təsis edilən Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.

Tarix
2025.12.04 / 12:44
Müəllif
Kult.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla