Yuxarı

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək sensasion iddia səsləndirib. O, ötən ilin noyabrında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu bildirib.

Perinçık 20 türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini iddia edərək, açıqlanmasını tələb edib. Bəzi məlumatlara görə, siyasətçi bu bəyanatı yaxın münasibətləri olduğu müəyyən dairələrin tapşırığı ilə səsləndirib. Məqsəd isə Bakı və Ankara əməkdaşlığını hədəf almaqdır.

Axar.az xəbər verir ki, deputat Hikmət Babaoğlu Globalinfo.az-a açıqlamasında Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı birgə komissiyanın təyyarənin qəzaya uğramasının səbəblərini öyrəndiyini bildirib:

“Lazımı məlumatlar və qəzanın obyektiv səbəbləri ictimaiyyətə açıqlanıb. Ancaq Perinçəkin bir neçə ay sonra təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etməsi və faciəli hadisəni yenidən informasiya dövriyyəsinə gətirməsi müəyyən suallar doğurur.

Ümumiyyətlə, bu iddia kimə lazımdır və niyə indi bu qəza ətrafında yeni informasiya dumanı yaradaraq ictimai rəyə şübhəli fikirlərin ötürülməsi istənilir – bu aydın görünür. Hazırda Yaxın Şərqdə müharibə gedir, tərəflərdən biri İran, digəri ABŞ və İsraildir. Müharibənin daha geniş coğrafiyaya yayılması bəzi mərkəzlərin maraqlarına uyğundur. Şərqi Avropada uzun müddətdir müharibə aparan Rusiya da bu vəziyyətin davam etməsini öz maraqlarına uyğun görür.

Belə olan halda, təyyarə qəzasının xüsusi hadisə kimi, İsrailin etdiyi bir cinayət olaraq təqdim edilməsi Ankara-Təl-Əviv münasibətlərini daha da gərginləşdirmək və Türkiyəni müharibənin bir parçası kimi göstərmək cəhdidir. Bu, həmçinin Şərqi Avropada müharibə aparmaq istəyən, çıxış yolu tapa bilməyən Rusiyanın maraqlarına xidmət edir. Türkiyəli bir siyasətçinin belə iddia ilə çıxış etməsinin məqsədi aydındır. Bu iddia ilə kimlərin maraqlarına xidmət ediləcəyi də bəllidir.

Türkiyə cəmiyyəti kifayət qədər savadlıdır və belə informasiyanın niyə məhz indi dövriyyəyə buraxıldığını yaxşı anlayır. Bu cür informasiya manipulyasiyası uğur qazanmayacaq”.

Tarix
2026.04.02 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

Fuad Oqtay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla