Yuxarı

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Azərbaycan 92 markalı benzini əsasən Rusiyadan və Belarusdan, 95 markalını isə daha çox Rusiyadan, həmçinin BƏƏ və Rumıniyadan idxal edir. Son illərdə 92 markalı benzində idxal asılılığı azalsa da, 95 markalı benzində əksinə, ciddi artım müşahidə olunub.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Ekspertin sözlərinə görə, Rusiyanın bazardan çıxması Azərbaycan üçün alternativ tədarük istiqamətlərinin genişləndirilməsini zəruri edir:

“Hazırda BƏƏ-dən idxal imkanları məhduddur. Bu səbəbdən Rumıniya və Belarusdan alış həcmlərinin artırılması ehtimal olunur. Ümumilikdə yanacaq qıtlığı gözlənilmir, lakin istiqamətlərin dəyişməsi qaçılmazdır.

Qiymət məsələsində dəyişiklik ehtimalı aşağıdır. 92 markalı benzin və dizel yanacağı Tarif Şurası tərəfindən tənzimləndiyi üçün yaxın dövrdə qiymət artımı gözlənilmir”.

X.Kərimli əlavə edib ki, 95 markalı premium benzində isə vəziyyət fərqlidir:

“Bu məhsulun qiymətini bazar müəyyənləşdirir və əsas idxalçı kimi SOCAR çıxış edir. SOCAR isə qiymətləri qısa müddətli dəyişikliklərə görə deyil, daha uzunmüddətli müqavilələr əsasında formalaşdırır. Ona görə də qiymətlər tez-tez dəyişmir. Yalnız geosiyasi vəziyyət, xüsusilə müharibənin uzunmüddətli olacağına dair aydınlıq yaranarsa, müəyyən dəyişikliklər mümkündür”.

Qeyd edək ki, Rusiya hökuməti aprel ayından etibarən benzin ixracını müvəqqəti dayandırmaq qərarı qəbul edib və bu məhdudiyyətin ən azı iyulun sonuna qədər davam edəcəyi bildirilir.

Tarix
2026.04.02 / 11:45
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla