Yuxarı

Prezident xalqa müraciət etdi: Çevrilişin qarşısı alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident xalqa müraciət etdi: Çevrilişin qarşısı alındı

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində bildirib.

Talon vurğulayıb ki, hakimiyyət bütün ölkədə vəziyyətə tam nəzarət edir:

"Kiçik bir qrup hərbi qulluqçu üsyan qaldırıb və bu, ordumuz tərəfindən yatırılıb. Bütün çevriliş ocaqları təmizlənib. Üsyançıların dövlətə xəyanət əməli cəzasız qalmayacaq. Vəziyyət tam nəzarət altındadır. Bütün ərazidə təhlükəsizlik və ictimai asayiş təmin olunacaq".

Benin Prezidenti əlavə edib ki, vətəndaşlar təhlükəsiz şəkildə gündəlik işləri ilə məşğul ola bilərlər.

Qeyd edək ki, dekabrın 7-si səhər saatlarında Benin Respublikasının hərbçiləri milli televiziya vasitəsilə dövlət çevrilişi etdiklərini, Prezident Patris Talonun vəzifəsindən devrildiyini elan etmişdilər. Lakin qısa müddətdən sonra çevrilişin baş tutmadığı məlum oldu.

Tarix
2025.12.08 / 01:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla