Yuxarı

Ququş sənətlə vidalaşır

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ququş sənətlə vidalaşır

ABŞ-da mühacirətdə yaşayan azərbaycanəsilli tanınmış müğənni Ququş (Faiqə Atəşin) sənətlə vidalaşır.

Kult.az xəbər verir ki, o, bu barədə “Assoşeyted Press”ə “Günaha batmış səs” adlı kitabı haqda müsahibəsində deyib.

“Bəlkə İslam Respublikası devrildikdən sonra yenidən başlaya bilərəm”, - müğənni bildirib.

İranda ağır şəraitin hakim olduğunu və insanların yaşayışlarının çətinləşdiyini söyləyən Ququş vətəndaşları hüquqları uğrunda mübarizəyə və bu ağrılara son verməyə çağırıb:

“İranlı gənclər və qadınlar sərbəst geyim hüququ, söz və bədii ifadə azadlığı və normal həyat da daxil olmaqla ən əsas hüquqları uğrunda mübarizə aparırlar. İran xalqı təmiz su, təmiz hava və yaşaya biləcəkləri torpaq uğrunda mübarizə aparır. Gənclərimiz gəncliklərindən heç vaxt zövq almadan qocalıblar. Xalq buna son qoymalıdır!"

Qeyd edək ki, Faiqə Atəşin (Ququş) 1950-ci il mayın 5-də Tehranın Sərçeşmə rayonunda anadan olub. O, 1945–1946-cı illərdə mövcud olmuş Baş nazir Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumətin fədai ordusunun polkovniki, əslən Gəncə şəhərindən olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri Tehrana Bakıdan köçüblər.

İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olan Ququş Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. 1979-cu il inqilabından sonra o, ölkədən gedib.

Tarix
2025.12.05 / 14:18
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla