Yuxarı

Şəmistan Əlizamanlı Türkiyədə filmə çəkiləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmistan Əlizamanlı Türkiyədə filmə çəkiləcək

Türkiyənin TRT 1 kanalında yayımlanan “Mehmet: Fəthlər sultanı” serialının sezon finalında Azərbaycanın hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifasında "Salam, dar ağacı” mahnısı səsləndirilib.

Kult.az xəbər verir ki, Şəmistan Əlizamanlı Teleqraf-a açıqlamasında təəssüratını bölüşüb.

"Bu, tarixi serialdır. Belə bir serialda mahnımın səslənməsini uğur kimi səciyyələndirirəm. Bu serialı bütün dünya izləyir, çünki Sultan II Mehmet İstanbulu fəth edərək dünya tarixində mühüm bir hadisəyə imza atdı. Bu, sadəcə bir şəhərin fəthi deyil, böyük bir zəfərdir. Bu layihədə bizim də iştirakımız Azərbaycan incəsənəti və mədəniyyəti üçün böyük bir uğurdur.

Serialın yaradıcı heyəti ilə çox gözəl münasibətlərimiz var. Məni çəkilişlərə dəvət də ediblər, inşallah, tezliklə görüşəcəyik. Gələcəkdə ortaq əməkdaşlıq da mümkündür. Bəlkə aktyor kimi fəaliyyətim də davam edər.

2019-cu ildə tarixi bir layihədə - "Diriliş Ərtoğrul" serialında da iştirak etmişəm. Orada dörd mahnım səslənib. Yəni, bu sahədə müəyyən təcrübəm və yaradıcı heyətlə münasibətlərim var", - deyə o bildirib.

Qeyd edək ki, Şəmistan Əlizamanlının mahnısı serialda Çandarlı Xəlil Paşanın edam səhnəsində səslənib. Bəstənin sözləri Rüstəm Behrudiyə məxsusdur.

Tarix
2025.06.12 / 13:02
Müəllif
Kult.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla