Yuxarı

30 il sonra yenidən BDU-da... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 il sonra yenidən BDU-da... - Foto

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 1990-1995-ci illərdə təhsil alan tələbələrin məzun olmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Kult.az xəbər verir ki, Filologiya fakültəsinin məşhur 304-cü otağında baş tutan tədbir dövlət himni və şəhidlərin, dünyasını dəyişən müəllim və tələbələrin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

BDU-nun Filologiya fakültəsinin dekan müavini Mehriban Əlizadə 1995-ci il məzunlarına fakültənin fəaliyyətindəki yeniliklərdən danışıb.

Məzunlar vaxtilə onlara dərs deyən müəllimlərinin çıxışlarını, həmin dövr və onlarla bağlı xatirələrini dinləyiblər. BDU-nun görkəmli alimləri Zemfira Şahbazova, Qızılgül Abdullayeva, Vaqif Sultanlı, Tofiq Müzəffər oğlu Hacıyev, Boran Əziz, Sona Çərkəz, Nüşabə Sadıxlı, Etibar Talıblı, Vaqif Nəbiyev, Qənbər Xanməmmədov, İsmayıl Məmmədov tələbələri ilə yenidən görüşməkdən məmnun olduqlarını, keçmişin yalnız xatirələr deyil, həm də mənəvi irs olduğunu vurğulayıblar.

Laura Cəbrayıllı, Nazim Muradov, Anar Niftəliyev və digər məzunlar müəllimləri və tələbəlik illəri ilə bağlı unudulmaz xatirələrini bölüşüblər.

Sonra məzunlar dərs keçdikləri auditoriyaları gəziblər, görüş çay süfrəsi arxasında davam edib.

Tarix
2025.06.21 / 15:01
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla